Prezident Elçin Quliyevlə bağlı sərəncam verdi

Prezident Elçin Quliyevlə bağlı sərəncam verdi

Hazırda oxunan: Prezident Elçin Quliyevlə bağlı sərəncam verdi

180461
Qeyd edək ki, Dövlət Sərhəd Xidməti haqqında Əsasnamənin 15-ci bəndi indiyə qədər aşağıdakı şəkildə idi “Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanı Dövlət Sərhəd Xidmətinə rəhbərlik edir. Dövlət Sərhəd Xidmətinin rəisi Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir”x9d.

Başqa sözlə, indiyə qədər qüvvədə olan əsasnaməyə görə Sərhəd Qoşunlarının komandanı eyni zamanda Dövlət Sərhəd Xidmətinin rəisi idi. İndi isə həmin bənddən “sərhəd qoşunlarının komandanı”x9d sözləri çıxarılır, yəni Dövlət Sərhəd Xidmətinin rəisi eyni zamanda sərhəd qoşunlarının komandanı vəzifəsini daşımır.

Lakin bu, Dövlət Sərhəd Xidmətinin rəisinin sərhəd qoşunları da daxil olmaqla Xidmətin bütün strukturlarına rəhbərlik edən şəxs olması mənasını verir. Hansı ki, prezidentin sərəncamının 2.1 bəndinə əsasən Dövlət Sərhəd Xidmətinin Əsasnaməsinin 3-cü bəndi yeni redaksiyada verilir, orada Dövlət Sərhəd Xidməti sisteminin nədən ibarət olduğu göstərilir. Belə görünür ki, Sərhəd Qoşunlarının komandanı vəzifəsi yeni struktur dəyişikliklərinə əsasən artıq mövcud deyil. Yəni Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin rəisi kimi həm sərhəd qoşunlarına, həm Xidmətin struktur sisteminə daxil olan digər qurumlara rəhbərlik edir.

* xa0 * xa0 *

Bu gün prezident İlham Əliyev sərhəd qoşunlarının komandanı, Dövlət Sərhəd Xidməinin rəisi, general-polkovnik Elçin Qliyevlə bağlı sərəncam verib. Sərəncama əsasən Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin rəisi təyin edilib. Lakin sərəncamda onun sərhəd qoşunlarının komandanı kimi qalıb-qalmadığı barədə heç nə deyilmir. Belə məlum olur ki, prezidentin bu sərəncamı Dövlət Sərhəd Xidmətinin yeni Nizamnaməsinin təsdiqlənməsi ilə bağlıdır.

İlham Əliyevin digər sərəncamına əsasən Dövlət Sərhəd Xidmətində ali hərbi rübəli vəzifələrin siyahısı təsdiqlənib. Bununla əlaqədar olaraq “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində ali hərbi rütbəli vəzifələrin Siyahısi”x9dnın təsdiq edilməsi haqqında”x9dAzərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 avqust tarixli 1356 nömrəli Sərəncamının 1-ci hissəsi ləğv edilib.



Sərəncama əsasən, sənəddə aşağıdakı dəyişikliklər edilib:

1. Fərman üzrə:

1.1. adında “, strukturunun və hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibinin”x9d sözləri “və strukturunun”x9d sözləri ilə əvəz edilsin;

1.2. 1-ci hissədə “, strukturu və hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibi”x9d sözləri “və strukturu”x9d sözləri ilə əvəz edilsin.

2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnamə”x9d üzrə:

2.1. 3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“3. Dövlət Sərhəd Xidmətinin aparatı və strukturuna daxil olan sərhəd qoşunları, sahil mühafizəsi, çevik qüvvələr, sərhəd nəzarəti, hərbi aviasiya hissələri, hərbi dəniz hissələri, habelə digər təyinatlı hərbi hissələr və qurumlar Dövlət Sərhəd Xidmətinin vahid sistemini təşkil edir. Dövlət Sərhəd Xidməti ona həvalə edilmiş vəzifələri bilavasitə özü və tabeliyindəki qurumlar vasitəsi ilə həyata keçirir.”x9d;

2.2. 9.6-cı yarımbənddə “nəzarət-buraxılış”x9d sözləri “dövlət sərhədindən buraxılış”x9d sözləri ilə əvəz edilsin;

2.3. 15-ci bənddən “- Sərhəd Qoşunlarının komandanı”x9d sözləri çıxarılsın;

2.4. 16-cı bənddə “Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini - Sərhəd Qoşunları Baş qərargahının rəisi və digər müavinləri vəzifələrinə, habelə ali zabit hərbi rütbəsi nəzərdə tutulmuş başqa”x9d sözləri “Dövlət Sərhəd Xidmətində ali hərbi rütbəli”x9d sözləri ilə əvəz edilsin;

2.5. 17.3-cü yarımbənddə “baş idarə, idarə, şöbə”x9d sözləri “aparatının, hərbi birləşmələrinin”x9d sözləri ilə əvəz edilsin;

2.6. 17.8-ci yarımbənddə “sərhəd dəstələrinin, hərbi dəniz və hərbi aviasiya hissələrinin”x9d sözləri “sərhəd qoşunlarının, sahil mühafizəsinin, çevik qüvvələrin, sərhəd nəzarətinin”x9d sözləri ilə əvəz edilsin;

2.7. 17.9-cu yarımbənddə “sərhəd dəstələri, hərbi dəniz və hərbi aviasiya hissələri”x9d sözləri “sərhəd qoşunları, sahil mühafizəsi, çevik qüvvələr, sərhəd nəzarəti”x9d sözləri ilə əvəz edilsin.

3. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Strukturu”x9d yeni redaksiyada təsdiq edilsin.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək; bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO