Sahibkarlardan obyektlərində işıq sayğacının quraşdırılması üçün daha çox pul TƏLƏB OLUNUR? – Rəsmi AÇIQLAMA 

Sahibkarlardan obyektlərində işıq sayğacının quraşdırılması üçün daha çox pul TƏLƏB OLUNUR? – Rəsmi AÇIQLAMA 

Hazırda oxunan: Sahibkarlardan obyektlərində işıq sayğacının quraşdırılması üçün daha çox pul TƏLƏB OLUNUR? – Rəsmi AÇIQLAMA 

179973

Vətəndaşlar və sahibkarlıqla məşğul olanlar yaşadıqları mənzildə, eləcə də obyektlərdə sayğacların quraşdırılması ilə bağlı müəyyən çətinliklərlə üzləşirlər.

Elektrik enerjisindən istifadə etmək istəyən qeyri-əhali qrupuna aid istehlakçılar sayğacların quraşdırılması zamanı onlardan daha çox pul -  hətta 1200 manat tələb edildiyini iddia edirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Kürdəmirdə abonentə “SÜRPRİZ” - 100 manat borc olan yeni sayğac quraşdırıldı - VİDEO


Bu il yanvar ayının 1-nə olan məlumata əsasən, Naxçıvan istisna olmaqla, ölkədə elektrik enerjisindən istifadə edən qeyri-əhali qrupuna aid istehlakçıların sayı 186 min 504 nəfərdir.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu Bizim.Media-ya açıqlamasında bildirib ki, sayğacın quraşdırılması üçün ASAN Xidmətə müraciət olunur:

“Rüsum Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyənləşir. Yəni tarif abonentin istədiyi kilovata uyğun olaraq dəyişir və ASAN kommunalda icra olunur”.  O, bunun üçün “Azərişıq”ın saytında onlayn hesablayıcının olduğunu da qeyd edib:

“Əhali üçün də fərqi yoxdur, eyni qayda tətbiq olunur. Amma əhalinin çox hissəsinin istifadə etdiyi, ayrılan standart enrjinin rüsumu 160 AZN-dir. Sayğac pulsuzdur, bu da sayğacın yox, ayrılan gücün puludur”.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO