BMU tələbələrinin layihələrindən ibarət sərgi-təqdimat keçirilib – FOTO 

BMU tələbələrinin layihələrindən ibarət sərgi-təqdimat keçirilib – FOTO 

Hazırda oxunan: BMU tələbələrinin layihələrindən ibarət sərgi-təqdimat keçirilib – FOTO 
179554
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı Mühəndislik Universitetində (BMU) “Mühəndis hazırlığında nəzəri biliklərlə yanaşı praktiki bacarıqların rolu” mövzusunda sərgi-təqdimat keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Mühəndislik Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Universitetin Avtomatika, telekommunikasiya və energetika kafedrasının 5 illiyinə həsr olunmuş tədbirdə professor-müəllim heyəti və tələbələr, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

BMU tələbələrinin layihələrindən ibarət sərgi-təqdimat keçirilib – FOTO  - foto 4

BMU-nun rektoru Yaqub Piriyev müasir çağırışlar və qlobal tendensiyalar fonunda həm ali, həm də peşə təhsili müəssisələrində rəqabətqabiliyyətli kadr hazırlığının vacib məqamlarına, eyni zamanda qoyulan hədəflərə nail olunması üçün təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsinə diqqət çəkib.

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində də İKT, elektronika, elektrik mühəndisliyi, avtomatlaşdırma və inşaat kimi vacib istiqamətlər üzrə kadr hazırlığının aparıldığını xatırladan rektor Mərkəzin məzunlarının gələcəkdə təhsillərini eyni istiqamətlər üzrə BMU-da davam etdirəcəklərinə ümidvar olduğunu söyləyib. Sərgi-təqdimatın təşkili və tələbələrin bu prosesdə fəallığını yüksək dəyərləndirən rektor onlara uğurlar arzulayıb.

BMU-nun Avtomatika, telekommunikasiya və energetika kafedrasının müdiri, professor Ramiz Hümbətov da belə tədbirlərin keçirilməsinin tələbələr üçün motivasiya rolu oynadığını, onları elmə daha da həvəsləndirdiyini bildirib.

BMU tələbələrinin layihələrindən ibarət sərgi-təqdimat keçirilib – FOTO  - foto 5

Həmçinin tədbirdə təqdim olunan layihələrin “TEKNOFEST” kimi nüfuzlu beynəlxalq tədbirlərdə nümayiş etdiləcəyinə inandığını qeyd edib.  

Çıxışlardan sonra sərgiyə baxış keçirilib, eləcə də Avtomatika, telekommunikasiya və energetika kafedrasının baş müəllimləri Fəxrəndə Məmmədova və Hamed Kağazçınin rəhbərliyi ilə tələbələrin hazırladıqları qurğuların, maketlərin təqdimatı edilib.

Sərgi iştirakçıları “Arduino ilə işıq detektorlu günəş paneli”, “Simsiz enerji ötürülməsi”, “Arduino ilə insan izləyən robot”, “Arduino ilə zibil qutusunun idarə edilməsi”, “Piano dizaynı”, “Ev heyvanlarını bəsləmək üçün Wi-Fi cihazı” nümayiş etdirilib.

BMU tələbələrinin layihələrindən ibarət sərgi-təqdimat keçirilib – FOTO  - foto 6

Həmçinin sərgi çərçivəsində qonaqlar “Barmaq izinə əsaslanan biometrik davamiyyət sistemi”, “Xətt izləyən robot”, “Su səviyyəsinin göstəricisi”, “RED ağıllı plant”, “Elektrik enerjisinin kəsilməsi zamanı, internetin fasiləsizliyi üçün modemin ekstra güc qaynağı ilə təmin edən qurğu”, “Təkminləşdirilmiş idarəetmə qurğusunun hazırlanması” kimi maraqlı layihələrlə tanış olublar.

Sərgi-təqdimatda nümayiş olunan layihələr tədbir iştirakçıları və ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

BMU tələbələrinin layihələrindən ibarət sərgi-təqdimat keçirilib – FOTO  - foto 1
BMU tələbələrinin layihələrindən ibarət sərgi-təqdimat keçirilib – FOTO  - foto 2
BMU tələbələrinin layihələrindən ibarət sərgi-təqdimat keçirilib – FOTO  - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO