Xaçmazda qaz çəkilərkən dağıdılan kənd yolları BƏRPA OLUNACAQ – RƏSMİ 

Xaçmazda qaz çəkilərkən dağıdılan kənd yolları BƏRPA OLUNACAQ – RƏSMİ 

Hazırda oxunan: Xaçmazda qaz çəkilərkən dağıdılan kənd yolları BƏRPA OLUNACAQ – RƏSMİ 

179547

Xaçmaz rayonunun Ağaverdioba-Balaqusarqışlaq, o cümlədən Susayqışlaq kəndlərində qaz çəkilməsi zamanı yolların bərbad duruma düşməsi ilə bağlı xəbər vermişdik.

Belə ki, redaksiyamıza şikayət edən sakinlər “Azəriqaz” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsinin qaz çəkərkən yolları acınacaqlı duruma saldıqlarını, lakin işlər başa çatdıqdan sonra düzəltmədiklərini bildirmişdilər.

Məsələ ilə bağlı “Azəriqaz” İB-nin mətbuat katibi Eldəniz Vəliyev Bizim.Media-ya açıqlamasında bildirib ki, “Azəriqaz”ın Təmir-Tikinti İdarəsi Xaçmaza ezam olunub, orada qaz çəkilişini həyata keçiriblər: 
 

MÖVZU İLƏ BAĞLI:

Xaçmaz sakinlərindən ETİRAZ – “Azəriqaz”ın Təmir-Tikinti İdarəsi kənd yolunu bərbad hala saldı – FOTO/VİDEO  


“Çəkilişdən sonra yolda yaranan xəndəklər doldurulub. Amma fotolardan da görünür ki, xəndəklər doldurulandan sonra güclü yağış yağıb və yolda xoşagəlməz vəziyyət yaranıb”.

Qurum rəsmisi əlavə edib ki, hava şəraiti imkan verən kimi, “Azəriqaz” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsi tərəfindən qaz çəkilişi zamanı qazılan xəndəklər çınqılla doldurularaq, bərpa ediləcək".

Mövzunu diqqətdə saxlayacağıq.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO