Konsaltinq şirkətlərinin nümayəndələri ilə məlumatlandırma görüşü keçirilib - FOTO

Konsaltinq şirkətlərinin nümayəndələri ilə məlumatlandırma görüşü keçirilib - FOTO

Hazırda oxunan: Konsaltinq şirkətlərinin nümayəndələri ilə məlumatlandırma görüşü keçirilib - FOTO
179461
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankı Qrupunun “Business Ready” reytinq hesabatının “İşçi qüvvəsi” indikatoruna dair biznes subyektləri ilə məlumatlandırma görüşləri davam etdirilir. Növbəti görüş ölkəmizin aparıcı konsaltinq şirkətlərinin nümayəndələri ilə keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmək bazarı üzrə işçi qrupunun rəhbəri Anar Kərimov həmin işçi qrupu tərəfindən aparılan işləri diqqətə çatdırıb. 

Ölkəmizdə əmək bazarının inkişaf etdirilməsi və əmək qanunvericiliyinin təkmilləşdirilməsi, işçi qüvvəsinin bacarıqlarının və rəqabət qabiliyyətinin artırılması istiqamətlərində atılan addımlar qeyd edilib.

“Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı aparılan işlər, əldə olunan nəticələr müzakirə olunub. Əmək və məşğulluq sahəsində islahatlar, habelə əmək qanunvericiliyinin təkmilləşdirilməsi prosesində özəl sektor ilə əməkdaşlığın genişləndirilməsinin önəmi vurğulanıb.
Qeyd edək ki, bundan əvvəl fevralın 14-də audit şirkətlərinin nümayəndələri ilə də məlumatlandırma görüşü keçirilib.

Konsaltinq şirkətlərinin nümayəndələri ilə məlumatlandırma görüşü keçirilib - FOTO - foto 1
Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO