Beyləqanda 16 yaşlı qızı 37 yaşlı kişiyə ərə vermək istədilər, qarşısı alındı - FOTO

Beyləqanda 16 yaşlı qızı 37 yaşlı kişiyə ərə vermək istədilər, qarşısı alındı - FOTO

Hazırda oxunan: Beyləqanda 16 yaşlı qızı 37 yaşlı kişiyə ərə vermək istədilər, qarşısı alındı - FOTO
179449
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Vətəndaş şikayəti əsasında Beyləqanda 16 yaşlı qızın 42 yaşlı şəxsə zorla ərə verildiyinə dair məlumat araşdırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu məlumat yayıb. 

“Məlum olub ki, 16 yaşlı qızla 37 yaşlı Tərtər rayonu Sarıcalı kənd sakini Həsən (şərti ad) adlı şəxslə aralarında kiçik nişan mərasimi təşkil olunub. Məsələ ilə bağlı azyaşlı və onun valideynləri dərhal Rayon İcra Hakimiyyətinə dəvət olunaraq onlarla profilaktik söhbət aparılıb. Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın üzvləri, o cümlədən rayon Polis şöbəsinin əməkdaşının iştirakı ilə baş tutan görüşdə həm azyaşlı, həm də valideynləri ilə ayrı-ayrılıqda söhbət aparılıb.

Azyaşlı və valideynlərinə qanunvericiliyin tələbləri izah olunaraq, onlara xəbərdarlıq olunub. Onlar əməllərindən peşman olduqlarını bildirərək, qanunvericiliyin tələblərinə əməl edəcəklərini bildiriblər.

Valideyinlərin izahatları alınıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə Beyləqan Rayon İcra Hakimiyyətindən verilən məlumata görə azyaşlının ailəsi İcra Hakimiyyətinin və rayon Polis şöbəsinin nəzarətində saxlanılmaqla, təhsilinə cəlb olunması üçün tədbirlərə başlanılıb”, - deyə məlumatda qeyd olunub.

Beyləqanda 16 yaşlı qızı 37 yaşlı kişiyə ərə vermək istədilər, qarşısı alındı - FOTO - foto 1
Beyləqanda 16 yaşlı qızı 37 yaşlı kişiyə ərə vermək istədilər, qarşısı alındı - FOTO - foto 2

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO