Xalq yazıçısı Mövlud Süleymanlı dəfn olundu – FOTO  

Xalq yazıçısı Mövlud Süleymanlı dəfn olundu – FOTO  

Hazırda oxunan: Xalq yazıçısı Mövlud Süleymanlı dəfn olundu – FOTO  
179379
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ötən gün vəfat edən Azərbaycan Xalq yazıçısı Mövlud Süleymanlı Şamaxı rayonunun Kərkənc kəndində dəfn olunub. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, mərhum öz vəsiyyətinə uyğun olaraq anasının məzarı yanında torpağa tapşırılıb. 

Dəfn mərasimində mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, digər dövlət rəsmiləri, Mövlud Süleymanlının ailə üzvləri, qələm dostları, ictimaiyyət nümayəndələri iştirak ediblər. 
Qeyd edək ki, Mövlud Süleyman oğlu Balakişiyev 1943-cü il mаrtın 18-də Qərbi Azərbaycanda - Kalinino rayonunun Qızıl Şəfəq kəndində anadan olub. Ədəbi yaradıcılığa lirik şeirlərlə başlayan M.Süleymanlının "Əllərim" adlı ilk şeiri 1964-cü ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunub. Azərbaycan ədəbiyyatında daha çox nasir kimi şöhrət qazanan yazıçının “Qar”, “Yanğın”, “Şanapipik”, “Şeytan”, “Dəyirman” əsərlərindən ibarət “Ayın aydınlığında” (1979) kitabları var. M.Süleymanlının bir sıra əsərləri tamaşaya qoyulub (“Kökdən düşmüş piano”, “Dəyirman” və s.), ssenariləri əsasında filmlər (“Çətirimiz buludlardır”, “Bəyin oğurlanması” və s.) çəkilib. Bir müddət əvvəl insult keçirən M.Süleymanlı fevralın 21-də axşam saatlarında vəfat edib. 


Xalq yazıçısı Mövlud Süleymanlı dəfn olundu – FOTO   - foto 1
Xalq yazıçısı Mövlud Süleymanlı dəfn olundu – FOTO   - foto 2
Xalq yazıçısı Mövlud Süleymanlı dəfn olundu – FOTO   - foto 3
Xalq yazıçısı Mövlud Süleymanlı dəfn olundu – FOTO   - foto 4
Xalq yazıçısı Mövlud Süleymanlı dəfn olundu – FOTO   - foto 5


Bizim.Media, Aran bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO