Beyləqanda 16 yaşlı qız 42 yaşlı şəxsə ərə verilir? – AÇIQLAMA/FOTO 

Beyləqanda 16 yaşlı qız 42 yaşlı şəxsə ərə verilir? – AÇIQLAMA/FOTO 

Hazırda oxunan: Beyləqanda 16 yaşlı qız 42 yaşlı şəxsə ərə verilir? – AÇIQLAMA/FOTO 
179374
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Beyləqanda 16 yaşlı qızın 42 yaşlı şəxsə zorla ərə verildiyinə dair məlumatlar paylaşılıb. 

Bizim.Media xəbər verir ki, xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan iddialar televiziya verilişlərindən birində müzakirəyə çıxarılıb. Hətta qızın anası televiziya ilə əlaqə saxlayaraq vəziyyəti izah edib, toyun olmadığını və qızını elçi gələn ailənin 42 yox, 27 yaşlı oğluna verdiyini deyib. 

Sosial şəbəkələrdə yayılan fotolarda isə həmin şəxsin 27 yaşlı birinə bənzəmədiyi iddia edilir. 

Mövzu ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı “oxu.az”a açıqlamasında bildirib ki, Beyləqan rayonu Qarallar kəndində 17 yaşlı qızın nişan mərasiminin keçirilməsi ilə bağlı rayon polis şöbəsinə daxil olmuş müraciət araşdırılıb. 

Onun sözlərinə görə, gənc qız valideynləri ilə birgə polis orqanına dəvət olunub: 

“Onlar izahatlarında qızlarına heç bir nişan və toy məclisi etmədiklərini, fevralın 17-də evlərində övladları üçün elçilik məclisinin olduğunu bildiriblər. 

Valideynlərlə profilaktiki və izahedici söhbətlər aparılıb, qızlarının 18 yaşı tamam olmayanadək nişan və toy məclisi etməyəcəkləri barədə iltizamları alınıb”. 

Beyləqanda 16 yaşlı qız 42 yaşlı şəxsə ərə verilir? – AÇIQLAMA/FOTO  - foto 1


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO