DİN Ağsuda əməliyyat keçirdi: Saxlanılanlar var – FOTO  

DİN Ağsuda əməliyyat keçirdi: Saxlanılanlar var – FOTO  

Hazırda oxunan: DİN Ağsuda əməliyyat keçirdi: Saxlanılanlar var – FOTO  
179132
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Eyvaz Eyvazov saxlanılıb. 

Onun üzərinə və yaşadığı ünvana baxış keçirilərkən şüşə qablarda saxladığı yarım kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Araşdırma zamanı onun həmin narkotik vasitəni bir neçə il öncə becərdiyi çətənə kollarından əldə etdiyi məlum olub. 
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən digər əməliyyat nəticəsində isə Nihad Əliyev şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış keçirilərkən heroin və psixotrop maddə-metamfetamin aşkarlanaraq maddi sübut kimi istintaqa təqdim olunub. 

Faktlarla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işləri başlanıb, istintaq aparılır. 

DİN Ağsuda əməliyyat keçirdi: Saxlanılanlar var – FOTO   - foto 1
DİN Ağsuda əməliyyat keçirdi: Saxlanılanlar var – FOTO   - foto 2
DİN Ağsuda əməliyyat keçirdi: Saxlanılanlar var – FOTO   - foto 3

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO