Dövlət Komitəsi məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı ailələri nəzarətə götürdü

Dövlət Komitəsi məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı ailələri nəzarətə götürdü

Hazırda oxunan: Dövlət Komitəsi məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı ailələri nəzarətə götürdü
178991
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı ailələri nəzarətə götürüb.

Bizim.Media xəbər verir ki, bu barədə qurumun rəsmisi Teymur Mərdanoğlu sosial şəbəkədə paylaşım edib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarında iş aparılır:

"Hazırda araşdırma gedir, iş üzrə ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcək".

Qeyd edək ki, sosial şəbəkələrdə 156 nömrəli məktəbin XI sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair görüntülər yayılıb. Dövlət qurumları görüntülərlə bağlı araşdırma aparırlar.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO