Ağdamda AĞIR QƏZA – Vəzifəli şəxs həyatını İTİRDİ – FOTO 

Hazırda oxunan: Ağdamda AĞIR QƏZA – Vəzifəli şəxs həyatını İTİRDİ – FOTO 

178982

Ağdamda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Quzanlı-Əfətli yolunun Eyvazlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Fərrux Cabbarovun idarə etdiyi "Lada Priora" markalı minik maşını idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü hadisə yerində həyatını itirib. 

Faktla bağlı araşdırma başladılıb. 

Qeyd edək ki, Fərrux Nazim oğlu Cabbarov Ağdam rayon icra hakimiyyəti başçısının Əlimədədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışırdı.


Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO