Vüqar Qurbanovdan yeni TƏYİNATLAR – FOTO  

Vüqar Qurbanovdan yeni TƏYİNATLAR – FOTO  

Hazırda oxunan: Vüqar Qurbanovdan yeni TƏYİNATLAR – FOTO  
178880
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunublar. 

Bizim.Media xəbər verir ki, təyinatlar TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə baş tutub. 

Belə ki, Ağdaş Rayon Mərkəzi Xəstəxanasına İntiqam İbrahimov, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına Namiq Həsənov, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına isə Elçin Bilalov direktor vəzifəsinə təyinat alıb. 
Qeyd edək ki, İntiqam İbrahimov ixtisasca otolorinolarinqoloqdur. O, bu təyinatadək Ağdaş Rayon Mərkəzi Xəstəxanasının direktor müavini - baş həkim vəzifəsini icra edib.

Namiq Həsənov ixtisasca cərrahdır. Yeni təyinatınadək Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri kimi fəaliyyət göstərib. 

Elçin Bilalov isə ixtisasca terapevtdir. O, bundan əvvəl Ağdaş Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Tofiqi Ailə Sağlamlıq Mərkəzinin müdiri vəzifəsində çalışıb. Yeni direktorlar kollektivə təqdim olunub, vəzifələrinin icrasına başlayıblar. 

Vüqar Qurbanovdan yeni TƏYİNATLAR – FOTO   - foto 1
Vüqar Qurbanovdan yeni TƏYİNATLAR – FOTO   - foto 2
Vüqar Qurbanovdan yeni TƏYİNATLAR – FOTO   - foto 3

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO