Doğmalarına köməyə tələsən sürücü özü təhlükə yaratdı - FOTO/VİDEO

Doğmalarına köməyə tələsən sürücü özü təhlükə yaratdı - FOTO/VİDEO

Hazırda oxunan: Doğmalarına köməyə tələsən sürücü özü təhlükə yaratdı - FOTO/VİDEO
178540
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bir neçə gün əvvəl ödənişli Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda hərəkət axınının əksinə avtomobil idarə edən şəxsin məsuliyyətə cəlb edilməsinə və bu kimi əməllərin ictimai qınaq obyektinə çevrilməsinə baxmayaraq, yenidən sosial mediada analoji qayda pozuntusunu əks etdirən videogörüntü yayılıb.

Bizim.Media xəbər verir ki, Baş DYP İdarəsi tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, bu dəfə   sözügedən avtomobil yolunda “VAZ 2121” markalı, 27-BZ-071 dövlət qeydiyyat nişanlı avtomobillə birtərəfli müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət edən sürücü Xaçmaz rayon sakini Namiq Ağayevdir.

Törətdiyini əməli avtomobildə yaranmış nasazlıq səbəbindən yolda qalan ailə üzvünə köməklik göstərməyə tələsməsilə əsaslandırmağa çalışan Namiq Ağayev, təəssüf ki, bu addımı atmazdan əvvəl həm özünün, köməyinə tələsdiyi doğmalarının, həm də neçə-neçə günahsız insanın həyatını təhlükəyə atmasının fərqinə varmayıb.
Qeyd edilib ki, Baş DYP İdarəsi kobud qayda pozuntularına yol verən Namiq Ağayev barəsində qanunvericiliyə uyğun tədbirlər görüldüyün bildirməklə yanaşı, bir daha sürücülərə müraciət edərək vəzifələrini sözsüz yerinə yetirməyə, bədbəxt hadisələrin baş verməməsi üçün məsuliyyətsiz davranışlardan çəkinməyə çağırır!
 


Doğmalarına köməyə tələsən sürücü özü təhlükə yaratdı - FOTO/VİDEO - foto 1


Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO