Daha 30 şəhid ailəsi və müharibə əlilinə mənzil verildi – FOTOLAR

Daha 30 şəhid ailəsi və müharibə əlilinə mənzil verildi – FOTOLAR

Hazırda oxunan: Daha 30 şəhid ailəsi və müharibə əlilinə mənzil verildi – FOTOLAR
17839
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sabunçu rayonu, Ramana qəsəbəsində daha 30 şəhid ailəsi və müharibə əlilinə mənzillər təqdim edib.

Bizim.Media xəbər verir ki, tədbirdə Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev və digər şəxslər iştirak ediblər.

Qeyd olunub ki, Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli sərəncamı 2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min mənzil və fərdi ev verilməsini nəzərdə tutur.

O cümlədən bu il üzrə də 3 minədək mənzil və fərdi ev veriləcək, onlardan artıq 260 mənzil təqdim edilib.

Ölkəmizdə şəhid ailələrinə, müharibə əlillərinə yüksək diqqət və qayğı göstərildiyi vurğulanıb. Bu gün həmin kateqoriyadan olan vətəndaşlara yeni mənzillərin təqdim edilməsinin də bunun bir nümunəsi olduğu bildirilib.

Şəhid ailələri və müharibə əlilləri hər zaman dövlət qayğısını hiss etdiklərini deyib, göstərilən böyük qayğıya, yeni mənzillə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Ümumilikdə indiyədək şəhid ailələrinə, müharibə əlillərinə 9 460 mənzil və fərdi ev verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO