Şərti sərhəddəki terrorçuların

Şərti sərhəddəki terrorçuların "lideri" Bakıda təhsil alıb - VİDEO

Hazırda oxunan: Şərti sərhəddəki terrorçuların "lideri" Bakıda təhsil alıb - VİDEO

178092

Xəbər verdiyimiz kimi, fevralın 13-də Zəngilan rayonu istiqamətindəki şərti sərhəddə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın təxribatlarına cavab olaraq həyata keçirdiyi “Qisas əməliyyatı” nəticəsində “Yerkrapa” könüllülər birliyinin (terror təşkilatı - red.) döyüş növbətçiliyində olan üzvləri məhv edilib. 

Onlar Eduard Hamletoviç Arutyunyan (1974-cü il təvəllüdlü), Hraçya Talışeviç Ovannisyan (1957-ci il təvəllüdlü), Qaqik Varazdatoviç Manukyan (1982-ci il təvəllüdlü), Arsen Qagikoviç Ambartsumyan (1979-cu il təvəllüdlü) terrorçulardır. Təşkilatın daha bir üzvü, 1988-ci il təvəllüdlü Rostam Baqişeviç Vardanyan isə yaralanıb. 

Bizim.Media xəbər verir ki, AzTV “Yerkrapa” terror təşkilatının "lideri" və üzvləri haqda maraqlı araşdırma hazırlayıb.

Sən demə, Sasun Mikaelyan adlı həmin "lider" Bakıda təhsil alıbmış. 

Xatırladaq ki, “Yerkrapa” Könüllülər Birliyi adlı terrorçu təşkilat 1993-cü ildə, Qarabağın işğalı zamanı yaradılıb və Azərbaycana qarşı xeyli cinayətlər törədib. 

Daha ətraflı telekanalın araşdırmasında:
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO