Hərbi yol polisinin şəxsi heyəti ilə təlim-metodiki toplantı keçirilib - FOTO

Hərbi yol polisinin şəxsi heyəti ilə təlim-metodiki toplantı keçirilib - FOTO

Hazırda oxunan: Hərbi yol polisinin şəxsi heyəti ilə təlim-metodiki toplantı keçirilib - FOTO
178035
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində hərbi yol polisinin bir qrup şəxsi heyəti ilə təlim-metodiki toplantı keçirilib.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən bildirilib.

Bildirilib ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Toplantıda hərbi polis bölməsinin hərbi avtomobil müfəttişliyi və Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən hərbi hissələrin sürücüləri və aidiyyəti şəxslər ilə yol hərəkət qaydalarına əməl edilməsi, hərəkət təhlükəsizliyinin təmin olunmasına dair əmrlərin tələbləri, həmçinin qarnizon hərbi hissələrinin avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanılması, onlardan öz təyinatı üzrə istifadə edilməsi, yol sənədlərinin olması və düzgün tərtib edilməsi mövzusunda maarifləndirici söhbətlər aparılıb.

Hərbi qulluqçulara Müdafiə Nazirliyi rəhbərliyinin tələb və göstərişləri çatdırılıb, xidmətin düzgün və keyfiyyətli təşkili ilə bağlı tövsiyələr verilib.

Tədbirdə, həmçinin müvafiq dövlət qurumları ilə birgə fəaliyyətin təşkili barədə fikir mübadiləsi aparılıb.

Hərbi yol polisinin şəxsi heyəti ilə təlim-metodiki toplantı keçirilib - FOTO - foto 1

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO