Naxçıvan polisinə yeni avtomobillər verildi – FOTO  

Naxçıvan polisinə yeni avtomobillər verildi – FOTO  

Hazırda oxunan: Naxçıvan polisinə yeni avtomobillər verildi – FOTO  

177787

Naxçıvanda polis orqanlarına yeni xidməti avtomobillər təqdim olunub. 

Bizim.Media xəbər verir ki, bununla yanaşı Naxçıvan MR Dəmir Yolu Nəqliyyatında Polis Şöbəsinin yeni inzibati binası da istifadəyə verilib. 

Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Naxçıvan MR-in daxili işlər naziri general-mayor Süleyman Neymətov iştirak edib. 
Bildirilib ki, Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən Naxçıvan MR  Daxili İşlər Nazirliyinə 16 yeni xidməti avtomobil təqdim edilib. 

Bunlardan 4 ədəd “BMW” markalı avtomobil yol-patrul xidməti, “JAC-T8” markalı 12 avtomobil isə mühafizə polisi, pos-patrul xidməti və Dəmir Yolu Nəqliyyatında Polis Şöbəsi üçün nəzərdə tutulub. 






Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO