Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başladı - FOTO 

Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başladı - FOTO 

Hazırda oxunan: Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başladı - FOTO 
177747
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, "N" hərbi hissəsində bir qrup hərbi vəzifəlilərin iştirakı ilə keçirilən növbəti təlim toplanışı başlayıb. 

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçən ehtiyatdan çağırılan hərbi vəzifəlilər hərbi geyim, həmçinin digər təminat növləri ilə təmin olunublar. 

Qeyd edək ki, toplanış çərçivəsində hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının daha da artırılması məqsədilə müxtəlif tapşırıqlar yerinə yetiriləcək. 

Toplanışda əsas məqsəd onların döyüş vərdişlərini, hərbi ixtisas və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzun arsenalında olan müasir silah və hərbi texnika ilə yaxından tanış etmək, istismar qaydalarını öyrətməkdir. 

Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başladı - FOTO  - foto 1
Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başladı - FOTO  - foto 2
Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başladı - FOTO  - foto 3
Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başladı - FOTO  - foto 4
Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başladı - FOTO  - foto 5
Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başladı - FOTO  - foto 6

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO