Azərbaycan Rusiya ilə sərhəddə əməliyyat KEÇİRİR 

Azərbaycan Rusiya ilə sərhəddə əməliyyat KEÇİRİR 

Hazırda oxunan: Azərbaycan Rusiya ilə sərhəddə əməliyyat KEÇİRİR 

177733

Bu gündən Azərbaycanın Rusiya ilə sərhəddə yerləşən yaşayış məntəqələrində ənənəvi "Sərhəd-sipər" əməliyyatlarına start verilib.

Bizim.Media-nın şimal bürosu xəbər verir ki, əməliyyatlar Azərbaycan və Rusiyanın Daxili İşlər Nazirliklərinin birgə qarşılıqlı razılaşma sazişinə uyğun olaraq keçirilir.

Hazırda Qusar, Xaçmaz, Quba rayonlarının sərhədyanı məntəqələrində polis postları qoyulub.

Qusar və Quba şəhərlərində, Qusarın Şirvanlı, Həzrə, Xaçmazın Tel, Yalama kəndləri ərazisində yaradılan polis postları əraziyə daxil olan vətəndaşların yoxlanışını aparır. Ənənəvi sərhəd-sipər əməliyyatlarının keçirilməsində əsas məqsəd iki ölkə arasında beynəlxalq terrorizmə, mütəşəkkil cinayətkarlığa, narkobiznesə və digər hallara qarşı birgə mübarizə aparmaqdır.

Qarşılıqlı razılaşmaya əsasən, axtarışda olan şəxslərin tutulub, öz ölkələrinə mübadilə yolu ilə təhvil verilməsi də sərhəd-sipər əməliyyatlarının əsas maddələrindən biridir. Əməliyyatlar çərçivəsində, vətəndaşlarda olan qanunsuz silahların könüllü təhvil verilməsi işləri də əsas götürülüb.

Sərhəd-sipər əməliyyatları fevralın 19-dək davam edəcək.

Qeyd edək ki, əməliyyatlar Azərbaycanın şimal-qərb bölgəsində Qəbələ, Şəki, Qax, Balakən, Zaqatala və Dağıstanın Azərbaycanla həmsərhəd rayonlarında da keçirilir.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO