Zaqatalada 6 otaqlı ev YANIB - FOTO

Zaqatalada 6 otaqlı ev YANIB - FOTO

Hazırda oxunan: Zaqatalada 6 otaqlı ev YANIB - FOTO

177557

Zaqatalanın ucqar kəndində 6 otaqlı evdə yanğın baş verib. Hadisə rayonun Lahıc kəndində ikimərtəbəli fərdi yaşayış evində qeydə alınıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yanğın Lahıc kənd sakini Süleyman Yusifova məxsus ikimərtəbəli, 6 otaqdan ibarət evdə baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Zaqatala Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülsə də vətəndaşa xeyli maddi ziyan dəyib. 

İlkin ehtimallara görə, yanğına səbəb elektrik naqillərindəki qısaqapanma səbəb olub. Mənzil həmçinin fındıq qabığı ilə qızdırıldığından damda da alışma baş verib.

Fakt araşdırılır.


Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO