Xəzərdə dalğanın hündürlüyü 4 metrə yaxınlaşır – FAKTİKİ HAVA 

Xəzərdə dalğanın hündürlüyü 4 metrə yaxınlaşır – FAKTİKİ HAVA 

Hazırda oxunan: Xəzərdə dalğanın hündürlüyü 4 metrə yaxınlaşır – FAKTİKİ HAVA 
176754
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Faktiki hava açıqlanıb.

Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən bildirlib.

Qeyd edilib ki, fevralın 6-si saat 09:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi qərb küləyi bəzi yerlərdə arabir güclənib.

Hava şəraiti 5-i axşam bəzi dağlıq ərazilərdən başlayaraq arabir yağıntılı olub, qar yağıb.

Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında arabir 25 m/s, Daşkəsəndə 30 m/s, Yardımlı, Qobustanda 24 m/s, Lerikdə 22 m/s, İsmayıllı, Göyçayda 18 m/s, Sabirabad, Altıağacda 17 m/s, Naftalan, Quba, Gədəbəydə 16 m/s, Şəkidə 15 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 3.7 metrə çatıb.

Qar örtüyünün hündürlüyü Ordubadda 37 sm, Qaxda (Sarıbaş) 33 sm, Qrızda 5 sm, Gədəbəy, Sədərəkdə 3 sm, Qusarda 2 sm, Quba, Şahbuzda 1 sm olub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 17, Naxçıvan MR-da 9, Aran rayonlarında 16, dağlıq rayonlarda 10 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 5 dərəcəyədək şaxta olub.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti fevralın 6-sı axşamadək davam edəcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO