Polis Lerikdə əməliyyat keçirdi: TUTULANLAR VAR - FOTO

Polis Lerikdə əməliyyat keçirdi: TUTULANLAR VAR - FOTO

Hazırda oxunan: Polis Lerikdə əməliyyat keçirdi: TUTULANLAR VAR - FOTO
176752
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Lerikdən paytaxt ərazisinə külli miqdarda narkotik vasitə və psixotrop maddə gətirmək istəyən həmkəndlilər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, narkotik vasitələrin əldə olunması və daşınmasında şübhəli bilinən Cəlilabad rayon Çünzəli kənd sakinləri Nurlan Mustafalı və həmkəndlisi, əvvəllər məhkum olunmuş Niyaməddin Əmədullayev Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.

N.Əmədullayevin əlindəki çantadan 3 kiloqram marixuana, 100 qram heroin və 100 qram metamfetamin aşkarlanaraq götürülüb.

Araşdırmalarla sözügedən narkotik vasitənin pul müqabilində Bakı şəhəri ərazisinə çatdırmaq üçün şəxsiyyəti istintaqla araşdırılan və xaricdə yaşayan narkotacir vasitəsilə əldə olunduğu müəyyən edilib. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Lerik Rayon Polis Şöbəsində araşdırma aparılır.

Polis Lerikdə əməliyyat keçirdi: TUTULANLAR VAR - FOTO - foto 1
Polis Lerikdə əməliyyat keçirdi: TUTULANLAR VAR - FOTO - foto 2

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO