Gəncədə abidələrə vurulmuş qanunsuz reklam lövhələri söküldü – FOTO 

Gəncədə abidələrə vurulmuş qanunsuz reklam lövhələri söküldü – FOTO 

Hazırda oxunan: Gəncədə abidələrə vurulmuş qanunsuz reklam lövhələri söküldü – FOTO 
176260
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gəncə şəhərinin Heydər Əliyev, Nizami, Atatürk prospektlərində, Cavadxan və Mirzə Abbas Abbaszadə küçələrində yerləşən bir sıra tarix-memarlıq abidələrinin fasadına qanunsuz vurulmuş reklam lövhələri aşkar edilib. 

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, Xidmətin Gəncə Regional İdarəsinin əməkdaşları tərəfindən aparılan monitorinq zamanı aşkar olunan qanunsuz reklamların sökülməsi ilə bağlı obyekt sahiblərinə xəbərdarlıq edilib.

Dövlət Reklam Agentliyi ilə əməkdaşlıq çərçivəsində qeyd olunan ünvanlarda yerləşən 25 memarlıq abidəsinin fasadına vurulmuş qanunsuz reklam lövhələri sökülərək nöqsanlar aradan qaldırılıb. 

Hazırda bu istiqamətdə həyata keçirilən tədbirlər davam etdirilir: 

“Bütün vətəndaşlarımızı tarix-mədəniyyət abidələrinin mühafizəsinə, gələcək nəsillərə tam şəkildə çatdırılmasına dəstək göstərməyə, dövlət tərəfindən mühafizə edilən abidələrin qorunub saxlanılmasında iştiraka səsləyirik. Eyni zamanda istifadəsində və ya mülkiyyətində tarixi abidələr olan vətəndaşlarımızı abidələrimizin estetik görünüşünün qorunmasına həssas yanaşmağa çağırırıq”. 

Gəncədə abidələrə vurulmuş qanunsuz reklam lövhələri söküldü – FOTO  - foto 1
Gəncədə abidələrə vurulmuş qanunsuz reklam lövhələri söküldü – FOTO  - foto 2
Gəncədə abidələrə vurulmuş qanunsuz reklam lövhələri söküldü – FOTO  - foto 3
Gəncədə abidələrə vurulmuş qanunsuz reklam lövhələri söküldü – FOTO  - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO