Gəncənin ictimai nəqliyyatında yeni avtobuslar – FOTO  

Gəncənin ictimai nəqliyyatında yeni avtobuslar – FOTO  

Hazırda oxunan: Gəncənin ictimai nəqliyyatında yeni avtobuslar – FOTO  

176132

Gəncə şəhəri Natəvan qəsəbəsi - şəhər mərkəzi - Gülüstan qəsəbəsi marşrutu üzrə bu gündən 10 ədəd müasir avtobus xəttə buraxılıb. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna məlumatı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Gəncə Regional İdarəsinin müdiri Müzadil Həsənov verib. 

Onun sözlərinə görə, Gəncə şəhərində ictimai nəqliyyat şəbəkəsinin optimallaşması, avtobus parkının yenilənməsi, sərnişindaşıma keyfiyyətinin yaxşılaşdırılması və sərnişin məmnunluğuna nail olunması istiqamətində AYNA tərəfindən aparılan tədbirlər çərçivəsində 4 saylı marşrut xəttinə daha yeni və müasir avtobuslar cəlb edilib. Daşıyıcı şirkət tərəfindən ümumilikdə 18 avtobus alınıb. Digər avtobuslar da mərhələli şəkildə istismara veriləcək. 
“58-60 sərnişin tutumlu avtobuslar 2018-ci il istehsalıdır və ekoloji təmiz avro 6 standartlarına cavab verir. 4 saylı marşrut xətti Gəncə şəhəri üzrə ən uzun marşrutlardan biridir, ümumi uzunluğu 13 km təşkil edir. Avtobuslar 6 dəqiqə intervalla hərəkət edir. Bu marşrut üzrə gündəlik daşınan sərnişin sayı təqribən 17500 nəfərdir” - deyə M.Həsənov əlavə edib. 




Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO