Naxçıvanda 20 Yanvar faciəsinin 34-cü ildönümü qeyd edilib - FOTOLAR

Naxçıvanda 20 Yanvar faciəsinin 34-cü ildönümü qeyd edilib - FOTOLAR

Hazırda oxunan: Naxçıvanda 20 Yanvar faciəsinin 34-cü ildönümü qeyd edilib - FOTOLAR
174308
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Naxçıvan Muxtar Respublikasında 20 Yanvar faciəsinin 34-cü ildönümü qeyd edilib.

Bizim.Media xəbər verir ki, yanvarın 20-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri, “Naxçıvan qaziləri” İctimai Birliyinin üzvləri və yüzlərlə sakin Qanlı Yanvar faciəsində həlak olanların və şəhidlərin əziz xatirəsini yad etmək üçün Naxçıvan şəhərindəki Şəhidlər xiyabanına gəliblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra səlahiyyətli nümayəndə, dövlət və hökumət nümayəndələri şəhidlərin məzarlarını ziyarət edib, hər birinin üzərinə tər qərənfillər düzüblər.

Səlahiyyətli nümayəndə şəhidlərin ailə üzvləri ilə görüşüb, ehtiramını ifadə edib.

Ziyarətçilər xiyabandakı Ana abidəsini və 1918-1920-ci illərdə erməni daşnakları ilə mübarizədə Naxçıvanın köməyinə gələn qardaş Türk ordusunun şəhid olmuş əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək güllər qoyublar.



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO