Binada liftin qırılması ilə bağlı araşdırma BAŞLADI – Baş Prokurorluqdan AÇIQLAMA 

Binada liftin qırılması ilə bağlı araşdırma BAŞLADI – Baş Prokurorluqdan AÇIQLAMA 

Hazırda oxunan: Binada liftin qırılması ilə bağlı araşdırma BAŞLADI – Baş Prokurorluqdan AÇIQLAMA 

174187

Xəbər verildiyi kimi üç gün əvvəl Bakıda çoxmərtəbəli binanın lifti qırılıb və xəsarət alanlar olub. 

Söhbət Xətai rayonu, Gəncə prospekti 2980/81 ünvanından gedir. Belə ki, sakinləri binanın 1-ci mərtəbəsindən 6-cı mərtəbəsinə qaldıran lift sonuncu mərtəbədə reysdən çıxaraq sürətlə aşağı düşüb. Nəticədə 4 nəfər (3-ü böyük, 1-i uşaq olmaqla) xəsarət alıb. Hadisə yerinə 3 təcili yardım briqadası cəlb olunub.

Baş verən qəza ilə bağlı Xətai rayon prokuroluğunda araşdırma gedir.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda binanın lifti qırıldı - Xəsarət alanlar var


Bu barədə Bizim.Media-ya Baş prokuroluğun Mətbuat Xidmətindən məlumat verilib. 

Qeyd edək ki, liftin qırılması nəticəsində xəsarət alanlardan 2 nəfəri Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan, 1 uşaq isə Sabunçu Tibb Mərkəzindən evə buraxılıb.  

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO