Səhiyyə Nazirliyi Bakının 2 qəsəbəsində hepatit virusunun yayılmasına münasibət bildirdi

Hazırda oxunan: Səhiyyə Nazirliyi Bakının 2 qəsəbəsində hepatit virusunun yayılmasına münasibət bildirdi

173866

Bakı şəhəri Suraxanı rayonu Əmircan və Bülbülə qəsəbələrinin əhalisi arasında 2023-cü ilin dekabr ayından başlayaraq yoluxucu Hepatit “A” virusu xəstəliyi yayılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi məlumat yayıb.

Bildirilib ki, xəstəliyi yayılması ilə bağlı tədbirlər davam etdirilir:

"Aparılan profilaktik tədbirlər ilə əlaqədar “Azərsu” ASC-nin mütəxəssisləri ilə birgə mərkəzləşdirilmiş içməli su şəbəkəsində laborator müayinə üsullarının tətbiqi ilə monitorinqlər keçirilir. Profilaktik tədbir olaraq su şəbəkəsində qalıq xlorun müvəqqəti yüksəlməsi ilə bağlı Əmircan və Bülbülə qəsəbələrini qidalandıran +54 Ramana mərkəzi su anbarının ərazisində 1 ədəd xlor tərkibli reagent dozalayıcı nasos quraşdırılıb. Eyni zamanda, “Azərsu” ASC-nin Suraxanı rayon Sukanal idarəsinin mütəxəssisləri rayon GEM-nin əməkdaşları ilə birgə fərdi yaşayış evlərində yerləşən ehtiyat su çənlərinin yuyulub dezinfeksiya edilməsi ilə bağlı tədbirlər həyata keçirilib".
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO