Azərbaycanlı veteranlar Türkiyənin vitse-prezidentinin QƏBULUNDA - FOTO

Azərbaycanlı veteranlar Türkiyənin vitse-prezidentinin QƏBULUNDA - FOTO

Hazırda oxunan: Azərbaycanlı veteranlar Türkiyənin vitse-prezidentinin QƏBULUNDA - FOTO
172797
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bu ölkədə səfərdə olan azərbaycanlı veteranlarla görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.

Qeyd olunub ki, Türkiyə Müharip Qazilər Dərnəyinin dəvəti və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə Türkiyədə səfərdə olan bir qrup Vətən müharibəsi qazisi Türkiyənin vitse-prezidenti C.Yılmaz tərəfindən qəbul olunub.
Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşlarının da iştirak etdiyi görüşdə Türkiyənin vitse-prezidenti azərbaycanlı qaziləri salamlayaraq onlarla görüşməkdən duyduğu məmnuniyyəti ifadə edib. C.Yılmaz qazilərin Vətən müharibəsində nümayiş etdirdiyi qəhrəmanlığa toxunaraq onların bu şücaətinin Azərbaycanla yanaşı, Türkiyəni də qürurlandırdığını vurğulayıb.

Qazilər qardaş Türkiyənin onlara göstərdiyi diqqət və qayğıya təşəkkür ediblər.

Azərbaycanlı veteranlar Türkiyənin vitse-prezidentinin QƏBULUNDA - FOTO - foto 1
Azərbaycanlı veteranlar Türkiyənin vitse-prezidentinin QƏBULUNDA - FOTO - foto 2

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO