Ordumuzda komandirlərin toplanışı keçirilir – FOTO  

Ordumuzda komandirlərin toplanışı keçirilir – FOTO  

Hazırda oxunan: Ordumuzda komandirlərin toplanışı keçirilir – FOTO  
172421
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, Azərbaycan Ordusunda komandir heyəti ilə toplanış keçirilir. 

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib. 

Toplanışa cəlb edilən şəxsi heyətin nəzəri və praktiki məşğələlərdə müasir ümumqoşun döyüşünün təşkili, aparılması üzrə bilik və bacarıqları, həmçinin fiziki və sıra hazırlıqları yoxlanılacaq.

O cümlədən iştirakçılardan hərbi nizamnamələr, rəhbəredici və digər normativ hüquqi sənədlər üzrə məqbullar qəbul ediləcək, atıcı silahlardan atışlar icra olunacaq. 

Keçirilən toplanışın əsas məqsədi zabitlərin bölmələri idarəetmə üzrə nəzəri biliklərinin və peşəkarlıq səviyyələrinin artırılması, qərar qəbuletmə bacarıqlarının təkmilləşdirilməsi, eləcə də silahlanmaya yeni qəbul edilən silah, texnika və cihazların imkanlarının öyrənilməsidir. 

Ordumuzda komandirlərin toplanışı keçirilir – FOTO   - foto 1
Ordumuzda komandirlərin toplanışı keçirilir – FOTO   - foto 2
Ordumuzda komandirlərin toplanışı keçirilir – FOTO   - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO