Britaniya və NATO Ukraynaya qoşun göndərə bilər– Keçmiş polkovnikdən AÇIQLAMA 

Britaniya və NATO Ukraynaya qoşun göndərə bilər– Keçmiş polkovnikdən AÇIQLAMA 

Hazırda oxunan: Britaniya və NATO Ukraynaya qoşun göndərə bilər– Keçmiş polkovnikdən AÇIQLAMA 

171993

“NATO yaxın bir neçə ildə Rusiya ilə müharibə etməli olacaq. Əgər hansısa bir səhv olsa və Ukrayna silahlı qüvvələri cəbhədə daha böyük problemlərlə üzləşsə, bu baş verəcək”.

Bizim.Media Böyük Britaniya mətbuatına istinadən xəbər verir ki, bu sözləri Britaniya ordusunun istefada olan polkovniki Hamiş de Bretton-Qordon səsləndirib.

Onun sözlərinə görə, əgər Rusiya ciddi irəliləyiş əldə etməyə başlasa, NATO və Avstraliya kimi Qərb müttəfiqləri öz mövqelərinə yenidən baxmalı olacaqlar. 

Polkovnik xatırladıb ki, hazırda Qərb ölkələri öz qoşunlarını Ukraynaya göndərməkdən başqa digər hər şeyi artıqlaması ilə ediblər.
Qeyd edək ki, bir gün əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba, ölkəsinin tələbi ilə Ukrayna-NATO Şurasının fövqəladə iclas keçirəcəyini bəyan etdi.  

Xatırladaq ki, bir müddət əvvəl ABŞ-ın NATO-dakı keçmiş səfiri İvo Daalder, Ukraynanın 2024-cü ilin birinci yarısında məğlub olacağını bildirdi. O, bunu ABŞ seçki yarışında Donald Trampın mövqelərinin güclənməsi ilə əlaqələndirib. Onun fikrincə, Konqresdəki respublikaçılar öz namizədlərini dəstəkləmək üçün Kiyevə yardımın qarşısını ala bilərlər.

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO