DSX batmaqda olan qayığın şəxsi heyətini xilas etdi - FOTO

DSX batmaqda olan qayığın şəxsi heyətini xilas etdi - FOTO

Hazırda oxunan: DSX batmaqda olan qayığın şəxsi heyətini xilas etdi - FOTO
171880
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ötən il dekabr ayının 26-da saat 15:40-da Dövlət Sərhəd Xidməti (DSX) Sahil Mühafizəsinin Cənub regional şöbəsinin Kələdəhnə sahil nəzarəti bölməsinə 2 nəfər heyət üzvü olan “KƏ-245” bort nömrəli plastmas tipli qayığın mühərrikində yaranmış nasazlıq səbəbindən dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Bu barədə Bizim.Media-ya DSX məlumat yayıb.

Bildirilib ki, daxil olmuş məlumat əsasında qayığın və heyət üzvlərinin xilas edilməsi məqsədi ilə dövlət sərhədinin mühafizəsində olan “Tufan” tipli sərhəd gəmisi qeyd olunan istiqamətə göndərilib. 

Keçirilmiş axtarış tədbirləri nəticəsində saat 17:30-da dənizdə köməksiz vəziyyətdə qalmış balıqçı qayığında Astara rayon Şahağacı kənd sakinləri 1974-cü il təvəllüdlü Ramiz Əliağa oğlu Rəhmanov və 1982-ci il təvəllüdlü Zərif Əhəd oğlu Hümmətov sərhədçilər tərəfindən xilas edilərək sahilə çıxarılıb.

DSX batmaqda olan qayığın şəxsi heyətini xilas etdi - FOTO - foto 1
DSX batmaqda olan qayığın şəxsi heyətini xilas etdi - FOTO - foto 2
DSX batmaqda olan qayığın şəxsi heyətini xilas etdi - FOTO - foto 3

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO