Suqovuşanda 190 mənzillik yaşayış məhəlləsi inşa edilir - DETALLAR/FOTO

Suqovuşanda 190 mənzillik yaşayış məhəlləsi inşa edilir - DETALLAR/FOTO

Hazırda oxunan: Suqovuşanda 190 mənzillik yaşayış məhəlləsi inşa edilir - DETALLAR/FOTO
171859
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Suqovuşan qəsəbəsində yeni yaşayış məhəlləsində inşaat işləri davam edir. Ümumi sahəsi 2 hektardan çox olan məhəllədə 5 çoxmənzilli binanın tikintisi həyata keçirilir.

Bizim.Media xəbər verir ki, layihə rəhbəri Vidadi Həsənov AZƏRTAC-a bildirib ki, yaşayış məhəlləsindəki binaların hər biri beşmərtəbəlidir. 25-i birotaqlı, 80-i ikiotaqlı, 75-i üçotaqlı, 10-u isə dördotaqlı olmaqla ümumilikdə 190 mənzil inşa edilir.

Artıq üç binanın birinci mərtəbəsinin döşəməsi betonlanıb, ikinci mərtəbədə hazırlıq işləri gedir. Qalan iki binada isə zirzəmidə işlər yekunlaşıb.

Hər biri iki girişli olan binalarda lift quraşdırılacaq. Hər binanın zirzəmisində 22 avtomobil üçün dayanacaq olacaq. İstilik təchizatı mərkəzi qazanxana sistemi ilə həyata keçiriləcək.

Məhəllədə futbol, idman və uşaq meydançaları, transformator yarımstansiyası, su anbarı və digər zəruri infrastruktur obyektlərinin tikintisi nəzərdə tutulur. Burada, həmçinin geniş yaşıllıq zolaqları da salınacaq.
Xatırladaq ki, Suqovuşan qəsəbəsi Vətən müharibəsində, 2020-ci il oktyabrın 3-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO