Ağalıda bayram şənliyi keçirilib - FOTO/VİDEO

Ağalıda bayram şənliyi keçirilib - FOTO/VİDEO

Hazırda oxunan: Ağalıda bayram şənliyi keçirilib - FOTO/VİDEO
171483
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Zəngilan rayonunun Ağalı kəndində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə konsert keçirilib.

Bizim.Media xəbər verir ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən təşkil edilmiş tədbirdə Zəngilan rayonunun Ağalı kənd sakinləri, eləcə də bu ərazidə fəaliyyət göstərən dövlət və özəl qurumların əməkdaşları iştirak ediblər.

Tədbirdə əvvəlcə Dövlət Himni səslənib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda etmiş qəhrəman oğullarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib.

Musiqili konsert proqramında tanınmış mədəniyyət və incəsənət xadimlərinin ifasında müxtəlif nəğmələr səsləndirilib. Bayram şənliyi sakinlər tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb.

Yeni il personajlarının iştirakı ilə baş tutan tədbir uşaqların bayram əhvali-ruhiyyəsini daha da artırıb, bu günü onlar üçün unudulmaz edib.

Tədbirin sonunda uşaqlara hədiyyələr paylanılıb.
 





Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO