ANAMA-nın minaya düşən əməkdaşı Bakıya TƏXLİYƏ OLUNDU

ANAMA-nın minaya düşən əməkdaşı Bakıya TƏXLİYƏ OLUNDU

Hazırda oxunan: ANAMA-nın minaya düşən əməkdaşı Bakıya TƏXLİYƏ OLUNDU

170944

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Ağdam rayonunda mina partlayışı nəticəsində xəsarət alan əməkdaşı Zaur Mahmudov Gəncə şəhər Mərkəzi Klinikasından Bakıya təxliyə olunub.

Bizim.Media “Report”-a istinadən xəbər verir ki, o, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yerləşdirilib.

Z.Məmmədovun vəziyyəti qənaətbəxş hesab edilir.

Qeyd edək ki, dekabrın 26-da işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində piyada əleyhinə mina partlayıb. Nəticədə ANAMA-nın xidməti vəzifəsini yerinə yetirən əməkdaşı, Qazax rayon sakini, 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu xəsarət alıb. Ona sol daban, ayaq daraq sümüklərinin açıq yarası diaqnozu qoyulub,
Z.Məmmədov əvvəlcə Gəncə şəhər Mərkəzi Klinikasına təxliyə edilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO