Naxçıvanda KİBERCİNAYƏTKARLIQ – Tələbələri aldadıb, 621 min manatı... – FOTO 

Naxçıvanda KİBERCİNAYƏTKARLIQ – Tələbələri aldadıb, 621 min manatı... – FOTO 

Hazırda oxunan: Naxçıvanda KİBERCİNAYƏTKARLIQ – Tələbələri aldadıb, 621 min manatı... – FOTO 
169307
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Naxçıvan Daxili İşlər Nazirliyinin apardığı araşdırmalar nəticəsində kibercinayətlə məşğul olan şəxslər saxlanılıb.

Bizim.Media xəbər verir ki, onlar müxtəlif yollarla vətəndaşları aldadaraq külli miqdarda vəsaiti mənimsəyiblər.

Belə ki, Babək rayon sakinləri Seyidov Mircoşqun Məhərrəm oğlu və Edilxanov Hikmət Məhərrəm oğlu 10-a yaxın universitet tələbəsini aldadaraq onların hər birinin adına bir mobil nömrə və 5 bank kartı rəsmiləşdiriblər. Sonra həmin kartlar Bakı şəhərinə göndərilib və bu kartlar vasitəsilə internet şəbəkələrində kibercinayətlər törədilib. Həmin kartlardan dövriyyə 621 min manat olub.

Eyni zamanda, nazirliyin Cinayət-axtarışı İdarəsinin kibercinayəti üzrə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilən digər əməliyyat nəticəsində Naxçıvan şəhər sakini Səfərov İlqar İslam oğlu saxlanılıb. O, sosial şəbəkədə hesab açaraq xəstə uşağına pul yığmaq adı ilə insanları aldadaraq 22 min manatı mənimsəyib.



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO