Atbulaq stansiyasının baş yolları əsaslı təmir olunur

Atbulaq stansiyasının baş yolları əsaslı təmir olunur

Hazırda oxunan: Atbulaq stansiyasının baş yolları əsaslı təmir olunur

168706
Azərbaycan Dəmir Yollarının əsaslı təmir prosesinin növbəti mərhələsinə başlanılıb. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolunun əsaslı təmiri davam edir.

Hazırda Atbulaq stansiyasında 1100 metr uzunluğunda baş yol əsaslı təmir olunur.

Əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi”x9d MMC-nin kollektivi həyata keçirir. MMC-nin baş mühəndisi İsmayıl Sadıqov bildirib ki, təmir işləri iki gün davam edəcək. Artıq köhnə yolun söküntüsü başa çatıb, yeni yolun qoyuluşuna başlanılıb.


Qeyd edək ki, gələcəkdə ölkənin qərb istiqamətinə sürətli sərnişin qatarları göndərilməsi baxımından yolların əsaslı təmir olunması əsas amillərdən biridir.

Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması”x9d layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları”x9d Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL”x9d şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi”“texniki təchizatı və əsaslı təmiri”x9d barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.

Yeni layihənin icrasına ötən ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 230 kilometrdən artıq dəmir yolu əsaslı təmir olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO