Bakıda körpəsini taksidə qoyub qaçan ana AXTARIŞDADIR - RƏSMİ

Bakıda körpəsini taksidə qoyub qaçan ana AXTARIŞDADIR - RƏSMİ

Hazırda oxunan: Bakıda körpəsini taksidə qoyub qaçan ana AXTARIŞDADIR - RƏSMİ

168194

Xəbər verildiyi kimi ötən gün Bakıda ana öz övladını taksidə qoyub gedib.  Körpəsinə su almaq adı ilə gedən ana bir daha geri dönməyib. Azyaşlı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin Qadın və Uşaq Sığınacağına yerləşdirilib.

Sığınacağın rəhbəri Mehriban Zeynalova Bizim.Media-ya bildirib ki, uşağın valideynləri hələki tapılmayıb, axtarışdadır:

“Tapılan uşaq bir yaş yarımlıqdır və oğlandır. Körpə ərazi üzrə polis şöbəsində qeydiyyata alınıb və valideynləri axtarışa verilib. Hələ ki, araşdırma gedir”.
Məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin əməkdaşı Anar Qafarov  sorğunuza cavab olaraq bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır.

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO