Xaçmazda ağır QƏZA: Ölən var - YENİLƏNİB/FOTO

Xaçmazda ağır QƏZA: Ölən var - YENİLƏNİB/FOTO

Hazırda oxunan: Xaçmazda ağır QƏZA: Ölən var - YENİLƏNİB/FOTO

167658

Gəndab-Yalama yolunun Xaçmaz şəhərindən keçən hissəsində baş verən qəzada motosikletlə toqquşan yük maşınının sürücüsünün da kimliyi məlum olub. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, 39 yaşlı Cəlilabad sakini Müşfiq Vahid oğlu Quliyevin idarə etdiyi "Mercedes Attego" markalı yük maşını Xaçmaz sakini, 53 yaşlı Valeh Əkbərovun idarə etdiyi motosikletlə toqquşub və sonuncu yerindəcə ölüb.

Yük avtomobilinin altında qalan motosiklet sürücüsünün meyiti tibbi ekspertizadan keçirilib. 

*** 11:58

Xaçmazda qəzada ölən motosiklet sürücüsünün kimliyi məlum olub. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, bu, rayonun Qaraçı kənd sakini, 53 yaşlı Valeh Kamil oğlu Əkbərovdur. 

Şahidlərin sözlərinə görə,"Murovey” markalı motosiklet "Mercedes"lə toqquşub, sonra isə yük avtomobilinin altına düşüb. Qəzanın səbəbləri araşdırılır. 

*** 10:16

Xaçmaz şəhərində ölümlə nəticələnən yol qəzası qeydə alınıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, "Murovey" markalı motosiklet sürücüsü TIR-ın altında qalıb. 

TIR-ın motosikleti vurması nəticəsində “Murovey”in sürücüsünün öldüyü bildirilir.

Faktın araşdırılmasına başlanılıb. 




Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO