Qızılcaya yoluxan bacı-qardaş evə buraxıldı

Hazırda oxunan: Qızılcaya yoluxan bacı-qardaş evə buraxıldı

167396

Gəncə şəhərində qızılca xəstəliyinə yoluxma halı ilə bağlı müraciət qeydə alınmayıb. Lakin Göygöl rayonundan iki nəfər Gəncə Şəhər Yoluxucu Xəstəliklər Xəstəxanasına müraciət edib. Biri reanimasiyaya, digər isə palataya yerləşdirilib. Onlardan qan nümunələri götürülərək Bakı şəhərinə Taun Əleyhinə Stansiyaya göndərilib.

Bizim.Media xəbər verir ki, bunu AZƏRTAC-a Gəncə Şəhər Yoluxucu Xəstəliklər Xəstəxanasının Uşaq şöbəsinin infeksionisti, həkim Fəqət Hüseynova deyib.

“Bir neçə gün əvvəl xəstəxanaya müraciət edən Tovuz rayonundan olan bacı-qardaşın qızılca xəstəliyinə yoluxması faktı təsdiqlənib. Vəziyyətləri yaxşı olduğuna görə bir müddət sonra evə buraxılıblar,” – deyə həkim diqqətə çatdırıb.
Həmçinin o, qızılca xəstəliyinin qarşısının alınması məqsədilə Gəncə şəhərində aktiv və passiv peyvəndləmə prosesinin də aparıldığını diqqətə çatdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO