AMEA-nın iki institutunun adı DƏYİŞDİRİLDİ 

AMEA-nın iki institutunun adı DƏYİŞDİRİLDİ 

Hazırda oxunan: AMEA-nın iki institutunun adı DƏYİŞDİRİLDİ 
166660
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) iki institutunun adı dəyişdirilib. 

Bizim.Media xəbər verir ki, bununla bağlı məsələ Akademiyanın bu gün keçirilən ümumi yığıncağında qaldırılıb. 

Belə ki, ümumi yığıncaq AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu adlandırılması, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun isə AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu adlandırılması haqqında Nazirlər Kabineti qarşısında vəsatət qaldırıb. 
Ümumi yığıncaqda AMEA-nın regional elmi bölmələrinin sədri vəzifəsinə seçkilər də keçirilib. Seçkilərin nəticəsinə əsasən, akademik İsmayıl Hacıyev AMEA-nın Naxçıvan Bölməsinin, akademik Fuad Əliyev isə AMEA-nın Gəncə Bölməsinin sədri vəzifəsinə seçiliblər. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO