Bakıda bu dönərxanalar da bağlandı – SİYAHI/FOTO 

Bakıda bu dönərxanalar da bağlandı – SİYAHI/FOTO 

Hazırda oxunan: Bakıda bu dönərxanalar da bağlandı – SİYAHI/FOTO 
166525
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı şəhərinin müxtəlif ərazilərində dönər satışı həyata keçirilən qida obyektlərində monitorinqlərin növbəti nəticələri açıqlanıb. 

Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Bizim.Media-ya verilən məlumata görə, monitorinqlər çərçivəsində götürülmüş məhsul nümunələrinin laborator analiz cavabının nəticəsində uyğunsuzluq aşkarlanmış aşağıda adları qeyd olunan dönərxanalarda agentliyin müfəttişləri tərəfindən növbəti plandankənar yoxlamalar həyata keçirilib: 

- Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 11/18 ünvanında fəaliyyət göstərən “Dönərzadə”; 

- Bakı şəhəri, Suraxanı rayonu, Əmircan ştq, M.Mustafayev küçəsi, ev 11 ünvanında fəaliyyət göstərən dönərxana; 

- Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev pr., ev 126C, 8-ci km ünvanında fəaliyyət göstərən "Manqal Afiyət Dönər”; 

- Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq pr., ev 155 ünvanında fəaliyyət göstərən “Line Lahmacun”; 

- Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu ştq, Ə.Məmmədəliyev küçəsində fəaliyyət göstərən dönərxana; 

- Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, İ.Əhmədov küçəsi, ev 8 ünvanında fəaliyyət göstərən dönərxana; 

- Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 264A ünvanında fəaliyyət göstərən “Hicaz Dönər”; 

- Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi, ev 134 ünvanında fəaliyyət göstərən “Manqal Dönər”. 

Yoxlama zamanı qida blokunda çalışan işçi personaldan, qidaların hazırlanması sahələrində səthlərdən, alət və ləvazimatlardan, doğrama lövhələrindən, dönər şişlərindən, “Çiy toyuq əti dönəri”, “Çiy mal əti dönəri”, “Bişmiş toyuq əti dönəri”, “Bişmiş mal əti dönəri” və digər məhsullardan nümunələr götürülüb. Müayinələr nəticəsində “S.Aureus”, “E.Coli”, “Salmonella” aşkarlanıb. 
Aşkar edilmiş pozuntularla bağlı müəssisə rəhbərliyi barəsində inzibati tədbir görülüb, eyni zamanda qida obyektlərində çiy dönər emalı və dönər kababının satışının qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub. Agentlik tərəfindən müvafiq araşdırmalar və yoxlama-nəzarət tədbirləri davam etdirilir. 

Bakıda bu dönərxanalar da bağlandı – SİYAHI/FOTO  - foto 1
Bakıda bu dönərxanalar da bağlandı – SİYAHI/FOTO  - foto 2
Bakıda bu dönərxanalar da bağlandı – SİYAHI/FOTO  - foto 3
Bakıda bu dönərxanalar da bağlandı – SİYAHI/FOTO  - foto 4
Bakıda bu dönərxanalar da bağlandı – SİYAHI/FOTO  - foto 5
Bakıda bu dönərxanalar da bağlandı – SİYAHI/FOTO  - foto 6

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO