İmişlidə silah-sursat tapıldı – FOTO  

İmişlidə silah-sursat tapıldı – FOTO  

Hazırda oxunan: İmişlidə silah-sursat tapıldı – FOTO  

165699

İmişli Rayon Polis Şöbəsinə Araz çayının rayon ərazisindən keçən hissəsinin sahilində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub. 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, daxil olan məlumatla əlaqədar dərhal şöbə əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və ərazidən 23 ədəd daraq və 467 ədəd patron aşkarlanaraq götürülüb. 

Həmçinin, son iki gün ərzində şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 4 nəfər rayon sakini qanunsuz olaraq saxladıqları odlu silahları polis əməkdaşlarına təhvil veriblər. 
Faktlarla bağlı araşdırmalar aparılır. 





Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO