Bakıda bu dönərxanalar bağlandı - SİYAHI/FOTO 

Bakıda bu dönərxanalar bağlandı - SİYAHI/FOTO 

Hazırda oxunan: Bakıda bu dönərxanalar bağlandı - SİYAHI/FOTO 
165571
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı şəhərinin müxtəlif ərazilərində dönər satışı həyata keçirilən qida obyektlərində monitorinqlər keçirilib. 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Bizim.Media-ya verilən məlumata görə, monitorinqlər çərçivəsində noyabr ayının ilk ongünlüyündə 107 toyuq əti və 102 mal əti olmaqla, ümumilikdə, 209 hazır dönərdən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. 

Götürülmüş məhsul nümunələrinin laborator analiz cavabının nəticəsi mənfi çıxan, müxtəlif bakteriya və s. uyğunsuzluq aşkarlanmış dönərxanalarda Agentliyin müfəttişləri tərəfindən plandankənar yoxlamalar həyata keçirilib. 

Belə ki, 2023-cü ilin 20 noyabr tarixində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi 345A ünvanında fəaliyyət göstərən “Mersin Öz Tantuni” dönər evində, Qaradağ rayonu, Lökbatan ŞTQ, Xocahəsən yolu 57 ünvanında fəaliyyət göstərən “Ordubad” kafesində, Qaradağ rayonu, Binə Ticarət Mərkəzi ünvanında fəaliyyət göstərən “Alaturka” dönərxanasında, Nərimanov rayonu, A.Nemətulla küçəsi 73 ünvanında fəaliyyət göstərən “By Mersin Öz Tantuni” dönərxanasında, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595-ci məhəllə ünvanında fəaliyyət göstərən “Tam Dad” dönərxanasında, Sabunçu rayonu, Zabrat ŞTQ, Babək küçəsi 33 ünvanında fəaliyyət göstərən “İstanbul Dönər” ictimai iaşə obyektində, Nizami rayonu, Q.Qarayev prospekti 51/57 ünvanında fəaliyyət göstərən “Öz Tantuni” ictimai iaşə obyektində, Suraxanı rayonu, Əmircan ŞTQ, M.Mustafayev küçəsi 20A ünvanında fəaliyyət göstərən “Adana Dönər”, Nəsimi rayonu, S.Vurğun küçəsi 58, m. 22A ünvanında fəaliyyət göstərən “Tantuni” ictimai iaşə obyektlərində plandankənar yoxlamalar həyata keçirilib. 

Aşkar edilmiş pozuntularla bağlı müəssisə rəhbərliyi barəsində inzibati tədbir görülüb, eyni zamanda, qida obyektində çiy dönər emalı və dönər kababının satışının qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub.
Agentlik tərəfindən müvafiq araşdırmalar və yoxlama-nəzarət tədbirləri davam etdirilir. 

Bakıda bu dönərxanalar bağlandı - SİYAHI/FOTO  - foto 1
Bakıda bu dönərxanalar bağlandı - SİYAHI/FOTO  - foto 2
Bakıda bu dönərxanalar bağlandı - SİYAHI/FOTO  - foto 3
Bakıda bu dönərxanalar bağlandı - SİYAHI/FOTO  - foto 4
Bakıda bu dönərxanalar bağlandı - SİYAHI/FOTO  - foto 5
Bakıda bu dönərxanalar bağlandı - SİYAHI/FOTO  - foto 6
Bakıda bu dönərxanalar bağlandı - SİYAHI/FOTO  - foto 7
Bakıda bu dönərxanalar bağlandı - SİYAHI/FOTO  - foto 8

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO