Geomaqnit qasırğası OLACAQ 

Geomaqnit qasırğası OLACAQ 

Hazırda oxunan: Geomaqnit qasırğası OLACAQ 
165216
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ötən üç sutka ərzində Günəş aktivliyi normal fon səviyyəsində olub. Noyabrın 20-dən Günəş küləyi parametrlərinin güclənməsi müşahidə oluna bilər. 

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Bizim.Media-ya verilən məlumata görə, 16 noyabr tarixində baş vermiş zəif tac kütlə atılmaları (TKA) nəticəsində geomaqnit sahənin aktiv hala keçəcəyi, G1(mülayim) səviyyəli geomaqnit qasırğasının ola biləcəyi proqnozlaşdırılır.

Noyabrın 22-dən etibarən geomaqnit sahənin sakit səviyyəyə qayıdacağı ehtimal olunur. Hazırda Günəş küləyinin sürəti 300-360 km/s intervalındadır. 

Dekabrın 5-də G1(mülayim) səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır. Maqnit qasırğasının loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 20-26 noyabr 2023- cü il tarixləri üçün 2-5 intervalında dəyişəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO