Vahid Hacıyev: “Zəngilanın bölgədə böyük logistik mərkəzə çevrilmə potensialı var”

Vahid Hacıyev: “Zəngilanın bölgədə böyük logistik mərkəzə çevrilmə potensialı var”

Hazırda oxunan: Vahid Hacıyev: “Zəngilanın bölgədə böyük logistik mərkəzə çevrilmə potensialı var”

164620

Zəngilan şəhərində “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb. 

Bizim.Media xəbər verir ki, konfransda Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəsi Vahid Hacıyev çıxış edib. 

O bildirib ki, hazırda Ağalı kəndində 175 ailədən ibarət 871 sakin yaşayır. 
““Böyük Qayıdışa dair Dövlət Proqramı”na görə 2022-2026-cı illər ərzində Cəbrayıl, Qubadlı, Zəngilanda 3 şəhər, 5 qəsəbə, 24 kənd tikiləcək. Zəngilan nəqliyyat qovşağı olacaq. Bundan başqa, İranla ticarət və nəqliyyat əlaqələrinin inkişafı üçün Ağbənddə yeni yolun təməli qoyuldu. Bununla da, Zəngilanın bölgədə böyük logistik mərkəzə çevrilmə potensialı var”, - deyə Vahid Hacıyev əlavə edib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO