Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin dekabr ayı üzrə analiz işini yekunlaşdırıb.
Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.
Media Təqib Mərkəzinin 2016-cı ilin dekabr ayına olan araşdırmasına görə, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) elektron mətbuatda haqqında ən çox yazılan 3 universitetdən biridir.
Xəbər sayına görə sıralama:
1. Bakı Dövlət Universiteti 1145 xəbər
2. Azərbaycan Dövlət İqtisad Universiteti 648 xəbər
3. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 513 xəbər
4. ADA Universiteti 452 xəbər
5. Azərbaycan Texniki Universiteti 428 xəbər
6. Azərbaycan Dillər Universiteti 425 xəbər
7. Bakı Slavyan Universiteti 408 xəbər
8. Azərbaycan Pedaqoji Universiteti 326 xəbər
9. Azərbaycan Tibb Universiteti 325 xəbər
10. Bakı Ali Neft Məktəbi 309 xəbər





































































































