Tovuz sakininin əlillik dərəcəsi 13 il sonra ləğv edilib - VİDEO

Tovuz sakininin əlillik dərəcəsi 13 il sonra ləğv edilib - VİDEO

Hazırda oxunan: Tovuz sakininin əlillik dərəcəsi 13 il sonra ləğv edilib - VİDEO

164051

Tovuz rayonu, Xatınlı kənd sakini Fəxrəddin Alıyevin əlillik dərəcəsi 13 il sonra ləğv edilib və müavinəti kəsilib.

Bizim.Media xəbər verir ki, mövzuya Fəxrəddin Alıyev aydınlıq gətirib.

Onun sözlərinə görə, 2007-ci ildə hərbi xidmət dövründə ağciyərində vərəm xəstəliyi aşkarlanıb və bu səbəbdən də ordu sıralarından tərxis edilib.
13 il müavinət alan Fəxrəddin Alıyevin əlillik dərəcəsinə 2020-ci ildə xitam verilib. Elə o vaxtdan müavinətin verilməsi də dayandırılıb.

Sonradan o, əlillik dərəcəsinin bərpası üçün dəfələrlə müraciət etsə də, buna nail ola bilməyib. Fəxrəddin Alıyevin müraciətlərinə hər dəfə təkrar müəyinə və müalicə tələbləri ilə bağlı imtina cavabı gəlib.

Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliliyin şöbə müdiri Tural Qurbanov bildirib ki, bu il iyulun 13-də həkim-ekspertlərin müayinəsi zamanı Fəxrəddin Alıyevin sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən əlamətlər müşahidə edilməyib. Həmçinin onun təqdim etdiyi tibbi sənədlərdə qeyd olunan diaqnozlar müayinə zamanı öz təsdiqini tapmayıb.

Nəticədə də qanunvericiliyə uyğun olaraq diaqnozun əlillik təyinatına əsas verməməsi barədə qərar qəbul edilib.

Tural Qurbanov onu da bildirib ki, məsələnin həlli üçün vətəndaş yenidən qeydiyyat yerinə uyğun tibb müəssisəsinə yaxınlaşmalı və istiqamətləndirilmə üzrə təkrar müraciət etməlidir.

Daha ətraflı videomaterialda:
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO