Qarabağ şəhidinin nəvəsi HƏMAS-la döyüşdə ÖLDÜRÜLDÜ 

Qarabağ şəhidinin nəvəsi HƏMAS-la döyüşdə ÖLDÜRÜLDÜ 

Hazırda oxunan: Qarabağ şəhidinin nəvəsi HƏMAS-la döyüşdə ÖLDÜRÜLDÜ 
163753
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

HƏMAS-la döyüşlərdə öldürülən azərbaycanəsilli hərbçi Lior Əzizovun babası Vahid Əzizov Birinci Qarabağ müharibəsində şəhid olub. 

Bizim.Media xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyi "X" hesabında paylaşım edib. 

"İsrailin Azərbaycandakı səfirliyi olaraq, oktyabrın 7-də HƏMAS-a qarşı hərbi əməliyyatlar zamanı azərbaycanəsilli, 20 yaşlı serjant Lior Əzizovun həlak olmasından dərin kədər hissi keçiririk. O, Qolani briqadasının döyüşçüsü idi. Liorun atası Timur 2005-ci ildə İsraildə terror aktının qurbanı olub və 5 il sonra aldığı fiziki və psixi xəsarətlərdən dünyasını dəyişib. Babası Vahid Əzizov 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı qəhrəmancasına həlak olub və Şəhidlər xiyabanında dəfn olunub.  

Bir ailənin üç nəsil boyunca ağrı və itkilərinə sonsuz hüznlə yas tuturuq. Liorun anası Natali onu belə xatırlayır:  

"O, həkim və rəssam olmaq istəyən ağıllı, həssas uşaq idi. Onunla ilk söhbətimiz şənbə günü, müharibənin ilk günündə oldu. Dedi ki, "burda atışma gedir, amma yaxşıyam, narahat olma. Ana, yenə zəng edəcəyəm, söz verirəm və səni sevirəm". Bu ondan gələn son zəng oldu. Liorun və Əzizovlar ailəsinin həyatdan köçmüş digər üzvlərinin ruhları şad olsun", - paylaşımda qeyd olunub. 

Qarabağ şəhidinin nəvəsi HƏMAS-la döyüşdə ÖLDÜRÜLDÜ  - foto 1

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO