İsmayıllıda

İsmayıllıda "Heydər Əliyev İli"nə həsr olunmuş qaçış yarışı keçirilib - FOTO

Hazırda oxunan: İsmayıllıda "Heydər Əliyev İli"nə həsr olunmuş qaçış yarışı keçirilib - FOTO
163102
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Noyabrın 5-də Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə İsmayıllı rayonunda "Heydər Əliyev İli"nə həsr olunmuş qaçış yarışı keçirilib.

Heydər Əliyev adına İsmayıllı Rayon Mədəniyyət Mərkəzinin qarşısında keçirilən açılış tədbirində çıxış edənlər Ulu öndər Heydər Əliyevin Azərbaycan idmanının inkişafındakı əvəzsiz xidmətlərindən, onun layiqli davamçısı olan Prezident İlham Əliyevin bu sahəyə daimi diqqət və qayğısından, ölkəmizdə idmanın inkişafı üçün yaradılan geniş imkanlardan və nəticədə idmançılarımızın müxtəlif beynəlxalq yarışlarda əldə etdiyi uğurlardan danışıblar.

Çıxışlarda, həmçinin idmanın kütləviliyinin təşviqi, əhali arasında sağlam həyat tərzinin təbliği məqsədilə regionlarda mütəmadi olaraq idman tədbirlərinin keçirilməsinin vacibliyi vurğulanıb və bu baxımdan, İsmayıllıda keçirilən yarışın xüsusi əhəmiyyət daşıdığı bildirilib.
Sonra yarışa start verilib. Finiş xəttinə çatmaq üçün yerli sakinlərlə yanaşı, Bakı, Gəncə, Sumqayıt şəhərləri və Şamaxı, Neftçala, Göyçay rayonlarından qatılan təmsilçilərlə birlikdə, ümumilikdə 300 nəfərdən çox iştirakçı mübarizə aparıb.

Müxtəlif yaş qrupları üzrə, müvafiq uzunluq məsafəsinə qaçan iştirakçılar arasından 16 kateqoriyada qaliblər müəyyən edilib.

Zəfər Günü ərəfəsinə təsadüf edən yarış qaliblərin mükafatlandırılması ilə yüksək əhval-ruhiyyədə başa çatıb. 

İsmayıllıda
İsmayıllıda
İsmayıllıda
İsmayıllıda
İsmayıllıda
İsmayıllıda
İsmayıllıda
İsmayıllıda
İsmayıllıda
İsmayıllıda
İsmayıllıda
İsmayıllıda
İsmayıllıda
İsmayıllıda
İsmayıllıda
İsmayıllıda
İsmayıllıda
İsmayıllıda
İsmayıllıda
İsmayıllıda

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO