Hissin mahnısını imtahana salan müəllifdən AÇIQLAMA: “Uşaqlara Aşıq Ələsgərin şeirləri mənasız gəlir”

Hissin mahnısını imtahana salan müəllifdən AÇIQLAMA: “Uşaqlara Aşıq Ələsgərin şeirləri mənasız gəlir”

Hazırda oxunan: Hissin mahnısını imtahana salan müəllifdən AÇIQLAMA: “Uşaqlara Aşıq Ələsgərin şeirləri mənasız gəlir”

162563

Xəbər verildiyi kimi Azərbaycanda abituriyentlər üçün hazırlanmış imtahan sualında müğənni Hissin mahnısının sözləri yer alıb. Məlumata göə özəl tədris müəssisələrindən birində 9-cu siniflər üçün təşkil olunan sınaq imtahanında Hissin “Mars” adlı mahnısındakı “mahnılarım qızıldır, paslanmır” sözləri yer alıb. 

Sözügedən sual ictimaiyyətdə birmənalı qarşılanmayıb. Tanınmış sənətkarların klassik ifalarından yox, məhz Hissin mahnısından test tərtib edilməsi müzakirələr yaradıb.  

Qeyd edək ki, sözügedən sualın Dövlət İmtahan Mərkəzinə heç bir aidiyyəti yoxdur.  

Bəs, 9-cu siniflər üçün təşkil olunan sınaq imtahanındakı sualın müəllifi kimdir və hansı tədris mərkəzindən söhbət gedir? 

Bizim.Media-nın araşdırmasına görə sualın müəllifi “Master School” - Abituriyent hazırlıq mərkəzinin ekspert müəllimi Kamil Talıbovdur.  

O, sosial şəbəkə vasitəsilə müzakirələrə səbəb olan məsələyə belə aydınlıq gətirib: 

“Sualın müəllifi özüməm. Sualı “Master School” tədris mərkəzinin imtahanında istifadə etmişəm. Kifayət qədər poetik cümlədir. Fikirlər də bayağı deyil. Məqsəd uşaqlara, onların maraq dairəsinə uyğun nəsə etməkdir.
Fikirlər bayağı olmadıqca, hər hansısa pis bir şeyi təbliğ etmədikcə problem yoxdur deyə düşünürəm. Artıq dövr də dəyişib. Uşaqlara Aşıq Ələsgərin məşuqələrinə, dağa, çiçəyə, böcəyə yazdığı şeirlərdən misralar mənasız və maraqsız gəlir”, - deyə müəllif əlavə edib. 





Alçina Amilqızı, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO